Türkiyədə sərnişin daşıyan avtobus aşdı - 6 nəfər ölüb

19 Yanvar 2018 11:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə ölkənin Hatay bölgəsində baş verib.

Məlumatlara görə, Muş-Solhan avtomobil yolu üzərində, Hataydan Muş istiqamətinə gedən avtobus yol qırağındakı dərəyə yuvarlanıb.

İlkin ehtimallara görə, qəza avtobus sürücüsünün idarə etməni itirməsi səbəbindən baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 20 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb(publika).