BƏƏ Qətəri xəritədən sildi

19 Yanvar 2018 14:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Körfəz ölkələri üzrə amerikalı mütəxəssis Simon Hendersonun məqaləsində qeyd olunub. Məqalədə BƏƏ-nin Qətəri gözardı etməsinin Fransadak Luvr muzeyi ilə olan razılaşmaya uyğun olmadığı bildirilib.

Qeyd edək ki, Əbu-Dabidəki Luvr muzeyi 2017-ci ilin 8 oktyabrında vətəndaşların istifadəsinə verilib. BƏƏ 30 il müddətinə Fransadakı Luvr muzeyinin adından istifadə etmək üçün 520 milyon dollar ödəyib(axar.az).