Qazaxda iki top mərmisi tapılıb

19 Yanvar 2018 15:14 (UTC+04:00)

ANAMA-dan APA-ya bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

AzNewsa.az