Qadın atdan yıxıldı, Roma Papası isə... Video

19 Yanvar 2018 17:38 (UTC+04:00)

"Axar.az" xəbər verir ki, hadisə sosial şəbəkələrdə yerləşdirilib. Papa Çilinin İkike şəhərində səfərdə olarkən onu müşayiət edən qadın polislərdən birinin atı kütlənin səs-küyündən qorxuya düşərək nəzarətdən çıxıb və qadını yerə atıb. Hadisəni görən Roma Papası avtomobili saxlayaraq yıxılan qadın polisin vəziyyətini öyrənmək üçün ona yaxınlaşıb.