Sneyderdən məşqçisinə irad

4 Mart 2013 16:38 (UTC+04:00)

Qalatasarayın Əskəşəhərspor ilə 0-0 hesabı ilə bərabərə qaldığı qarşılaşmada sarı-qirmizili komandanın yeni ulduzu Uesli Sneyder oyun taktikasından şikayətçi olub.

Hollandiyalı futbolçu, baş məşqçi Fatih Terimin cəzalı olduğuna görə Qalatasarayı .meydana çıxaran 2-ci məşqçı Ümid Davalanın yanına gedərək "Mən oyundaykən niyə yüksək toplarla oynuyuruq?Yer ilə oynamalıyıq. Bu vəziyyətdə mənə top gəlmir. Ancaq, Droqbaya və Buraka uzun toplar atılır" deyərək irad bildirib.

Fərid
AzNews.az