İstanbulda erməni manyak tutuldu

4 Mart 2013 16:38 (UTC+04:00)


Türkiyənin bir neçə şəhərində yaşlı ermənilərə hücum edərək onları öldürən və ya ağır bədən xəsarəti yetirən şəxs İstanbulda həbs edilib. Türkiyə mətbuatının məlumatına görə, cinayətlərdə Murad Nəzəryan adlı erməni şübhəli bilinir.

Məlumat üçün bildirək ki, ötən il 84 yaşlı Marise Küçük 7 bıçaq zərbəsi ilə ilə qətlə yetirilərək boğazı da kəsilib. Bundan sonra daha 2 yaşlı erməni qadınına hücum edilib. Onlardan biri 87 yaşlı Turfəda Aşıq gözlərini itirib, digər qurban isə ağır yaralanıb. Qatilin sonuncu qurbanı 84 yaşlı Sultan Aykar olub.

Elnarə Əlosmanqızı
AzNews.az