Bu gün İlham Əliyev Davos forumunda iştirak edəcək

23 Yanvar 2018 09:05 (UTC+04:00)

APA-nın məlumatına görə, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.

Davos Forumu yanvarın 26-na kimi davam edəcək.

AzNews.az