26 yaşlı oğlan özünü asdı

23 Yanvar 2018 09:52 (UTC+04:00)

APA-nın məlumatına görə, rayonun Məhəmmədli qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Məmmədov Səbuhi Qalib oğlu yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az