AzNews.az xəbər verir ki, “Gangnam style” musiqisinin sədaları altında oynayan sənətçinin rəqsi birmənalı qarşılanmayıb. İstifadəçilərin əksəriyyəti videonun rəy bölümündə Maral Tahirqızının ünvanına aşağılayıcı ifadələr yazıb.
Maral Tahirqizi AzNews.az-a açıqlamasında sözügedən videoya aydınlıq gətirib. O, arıqlamaq istədiyini qeyd edib:
“Çəkim artıqdır. Müğənniyəm, hər zaman görkəmdə olmalıyam. Bu üzdən də idman etməyə qərar verdim. Mən də idmanı musiqi sədaları altında edirəm. Bu insanlar qəribə olub ey, nə edirsən, dilə-dişə düşürsən. Bəyəm görmürlər ki, Maral idman edir?”.
Bahar RÜSTƏMLİ
AzNews.az