AzNews.az xəbər verir ki, qar uçqunu ilə müşayiət olunan hadisə Yaponiyanın Beynəlxalq Kusatsu xizəksürmə kurortunda baş verib. Bölgədə təlimlər keçən altı hərbçidən biri ölüb. Yaponiyanın müdafiə naziri Itunori Onodera jurnalistlərə hərbçilərin müxtəlif sınıq xəsarətləri alması və ağciyərlərinin zədələnməsi barədə bildirib. Onun sözlərinə görə, hərbçilər ağır zədələr almasına baxmayaraq huşsuz vəziyyətdə deyillər. Bundan əlavə, polis və xilasetmə qruplarının məlumatlarına görə, kurortda 10 xizəkçiyə ilkin yardım göstərilib. Hamısı vulkan nəticəsində uçquna düşüblər və xilas edilərək xəstəxanaya yerləşdiriliblər.