Ev süpürüb qab yuyan qadınlara MÜJDƏ

4 Mart 2013 19:58 (UTC+04:00)



Beləliklə qadinlar gündə 350 kalori itirə bilərlər. Amerikada aparılan bir araşdırma belə nəticəyə gəlməyə əsas verib.
Araşdırmanı Amerikanın Əmək Nazirliynin sifarişinə əsasən Cənubi Karolina Universitetinin əməkdaşları aparıb. 5 min qadın araşdırmaya cəlb edilib və 1965-2010 illərdə günü necə keçirdiklərinə dair sualları cavablandırıblar. Nəticədə məlum olub ki, qadınların kökəlməsində paltar yumamaları, ev süpürməmələri, qab yumamaları əsas rol oynayır. Bu işləri qadınların əvəzindən əsasən elektrik avadanlıqarı gördüyündən qadınlar daha çox kökəlir.
Əgər 1965-ci ildə qadınlar həftədə ev işlərinə 25,7 saat sərf edirdilərsə, hazırda bu rəqəm 13,3-ə düşüb. Televizor qarşısında keçirilən saatların miqdarı isə iki dəfə artaraq 16,5-ə yüksəlib.
Əgər qadın 30 dəqiqə ərzində qab yuyarsa 75 kalori, ev süpürərsə 100 kalori, paltar ütüləyərsə 100 kalori itirər.

Elnarə Əlosmanqızı
AzNews.az