Baltanın deyil, Balayanın “sap”ları...

24 Yanvar 2018 17:37 (UTC+04:00)

Milli hissini itirmiş, dərin erməni təəssübkeşliyi ilə antiazərbaycançı şəbəkənin “marionet” funksiyasını yerinə yetirənlərin isə Azərbaycan xalqına düşmən mövqeyi zamanla faktlar əsasında təsdiqini tapıb. Bir çoxları cəzasını çəkib, bir çoxları isə digər ölkələrə fərarilik edərək, millətinə, ölkəsinə üz çevirir, yalan və böhtanlarla dövlətə, onun apardığı müstəqil siyasətə qara yaxmaqla məşğul olurlar. Sözsüz ki, dünyanın hər yerinə yoluxucu xəstəlik kimi yayılmış ermənilər də bu cür xislətli adamlardan maksimum istifadə edir. Nəticədə, öz əlimizlə bizə “zərbə” vurmağa çalışırlar.

Günel İmanova

Söhbəti uzatmadan, Günel İmanova (Mövlud) adında bir fərarini Azərbaycan cəmiyyətində gənc “yazar” kimi peyda olduğu andan bu günə qədər “yad edək”. Mənsub olduğu milləti, dövləti təhqir etməyi, aşağılamağı sanki qarşısına məqsəd qoymuş bu adam hər zaman ənənəsinə sadiq qalaraq erməni dəyirmanına su tökür. Bu dəfə isə Avropaya sığınan bu canlı, erməni jurnalistlə əlbirdir. Tiqran Petrosyan adlı erməni jurnalist Günel İmanovanın Azərbaycan haqqında başdan-ayağa qarayaxmadan ibarət olan bir “roman”ı barədə Almaniyanın “zeit.de” saytında “Günel Mövludun müdafiəsi” adı altında məqalə yazıb. Yazıda Azerbaycana, onun apardığı demokratik siyasətə açıq-aşkar qara yaxılır. Bu şəxslərin hər ikisi də ölkəsindən kənarda yaşasa da, bizimki erməni vasitəsilə özünü “müdafiə edir”. Erməni isə erməniliyində qalıb və əlinə düşən bu fürsətdən yaxşıca yararlanaraq, Azərbaycana qarşı təbliğat aparır. Deməli, Günel adlı ikiayaqlı da ermənidir, sadəcə, Azərbaycanda doğulub…

Erməni jurnalist məqalədə yazır: “Azərbaycanın sürgün jurnalisti yalnız öz vətəni haqqında danışır, həm də “diktaturanın anatomiyası”nı göstərmək istəyir. Vətəndaşları necə şantaj edirlər, onların şəxsi həyatı hökumət tərəfindən necə idarə olunur - bu, onun romanının əsasını təşkil edir”.

Əvvəla, onu deyək ki, bu qızcığaz heç yerə sürgün edilməyib. Nə də bu barədə kiminsə fikri olmayıb. Bütün şəxsi uğursuzluqlarında dövləti günahlandıran, hətta ailə həyatınının dağılmasında belə, cəmiyyəti təqsirkar sayan bu adam öz istəyilə ölkədən gedib. Düşünür ki, belə olduqda erməni qardaş-bacılarına daha yaxın olar və əl-ələ verərək Azərbaycana qarşı birgə “mübarizə” apararlar. Birinci cümlədən yalanla başlayan bu məqalənin sonrakı hissələri də artıq bəllidir – şər, böhtan, təhqir, qərəz, aşağılamaq və ilaxır…

Erməni jurnalist yazır: “Mən sürgündə təhlükəsizəm, istədiyim hər şeyi yaza bilərəm”, - deyir, Norveçdəki ailəsi ilə birlikdə yaşayan 36 yaşlı 2 uşaq anası. Blogger olaraq Günel Mövlud adıyla tanınır. O, dini qüvvələri, ənənəvi cəmiyyəti, Azərbaycanda homoseksuallara qarşı zorakılıqları tənqid edir. O, milli azlıqların məzlum olduğunu yazır”.

Radikal ekstremistlərlə dindaları səhv salan, milli adət-ənənələrə nifrətdən dolayı ənənəvi cəmiyyətdən imtina edən, hormonoloji xəstəliklə əxlaqsızlığı qarışdıran bu adamlar heç vaxt öz “cəmiyyət”lərini tapa bilməyiblər. İçlərində bəslədikləri kin, nifrət bütün həyatlarına sirayət edir. Beləcə, apardıqları “mübarizə”də sadəcə “sap” olublar - baltanın deyil, balayanların “sap”ları!

Məqalədə guya Günel Mövludun ailəsinin əzab çəkdiyi, iki qardaşının həbs edildiyi, anasının xərçəngə tutulduğu qeyd edilir. Amma heç birinin səbəbi göstərilmir.

Daha sonra Azərbaycanda informasiya azadlığından bəhs edilir. Guya jurnalistlərlə bərabər, sosial media istifadəçiləri təhdid edilir. Rəqəmsal təhlükəsizlik və gizlilik risk altındadır. “Sürgün edilən” jurnalistlərin ailə üzvləri və yaxınları da təzyiq və təqib olunur. Ardınca “Freedom House” təşkilatının hesabatı xatırladılır.

Artıq məsələ aydındır, “Freedom House” bineyi-qədimdən ermənilərin təsir dairəsində Azərbaycana düşmən mövqe sərgiləyən bir təşkilatdır. Onun ökəmizə qarşı qarayaxma hesabatlarını həm jurnalistlər, həm də hökumət nümayəndələri dəfələrlə yerli və xarici mediada rüsvay ediblər. Artıq sözlərə gərək yoxdur.

Məqalə müəllifi, Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün tikilən mənzilləri də "unutmayıb": dövlətin mətbuat işçilərinə bu qayğısı "jurnalistlərin ələ alınması" kimi qiymətləndirilir. Erməni jurnalisti başa düşmək olar, təmsil etdiyi işğalçı dövlətin mövqeyini əsaslandırmaq üçün ona belə bir fürsət lazımdır. Amma görünür, Azərbaycanda doğulan, lakin azərbaycanlı olmayan bu qızın nəinki özündən, heç Azərbaycanda baş verən proseslərdən də xəbəri yoxdur. Gündəlik Azərbaycan mediasını izləmək kifayətdir ki, dövlət tərəfindən ev alan jurnalistlərin istənilən məsələ ilə bağlı tənqidi xarakterli məqalələrini, reportajlarını görəsən. Bunun bir sosial layihə olduğu və jurnalistlərdən heç bir təmənna güdülmədiyi hər kəsə bəllidir. Bu, dövlətin aztəminatlı jurnalist təbəqəsinə qarşı humanist bir addımıdır.

Ümumiyyətlə, bu cür xislətə malik antiazərbaycançı şəxslərin son dövrlərdə ən çox işlətdikləri “üsullar”dan biri ermənilərə məxsus internet saytlarına müsahibə verərək, Azərbaycanda demokratiyanın yoxluğunu iddia etmək, yaxud təzyiq və təqiblərə məruz qaldığı barədə əcnəbi KİV-də yazı dərcinə nail olmaqdır.

Əlqərəz, tarix təkcə qəhrəmanlar, vətənpərvərlər deyil, həm də fərarilər, nadanlar da yetişdirir. Lakin buna görə bədbin olmaq da lazım deyil. "Meşə çaqqalsız olmaz" deyiblər. Çaqqalların peşəsi isə ulamaqdı. Azərbaycan artıq bütün düşmənlərinə layiqli şəkildə cavab verə biləcək bir dövlətə çevrilib. Onu balayanlar və xaltası balayanların əlində olan ulayanlar öz yolundan saxlamaq iqtidarında deyil.

Elgün MƏNSİMOV
AzNews.az