AŞ-nın insan haqları üzrə yeni komissarı ilk dəfə qadın seçildi

24 Yanvar 2018 21:12 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında keçirilən səsvermənin nəticələrinə əsasən bu posta Dunya Miyatoviç (Bosniya və Herseqovina) seçilib.

Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks olub. O bu postda 2012-ci ildən fəaliyyət göstərib.