"Çətin qrupa düşmüşük" - Maltanın baş məşqçisi

24 Yanvar 2018 21:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri millimizlə Millətlər Liqasının eyni qrupunda yer alan Malta yığmasının baş məşqçisi Tom Sentfit deyib. Federasiyanın rəsmi saytına danışan mütəxəssis püşkün nəticələrini dəyərləndirib:

"Zəif rəqibimiz yoxdur, xal qazanmaq asan olmayacaq. Ən azı 1-2 ev oyunumuzda qalib gəlməliyik.
Onda bilinəcək ki, biz nə qədər irəli gedə bilərik. Kosovonu yaxşı analiz edib, hücumameylli futbol oynamalıyıq. Oyunları səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, D liqasının 3-cü qrupunda Azərbaycan və Malta milliləri ilə yanaşı, Kosovo və Farer adaları da yer alıb.