“Qəbələ” Antalyada ilk qələbəsini qazandı

24 Yanvar 2018 22:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 2018-ci ildə 3-cü matçına çıxan “qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gəlib. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, “Qəbələ”nin Antalyada ilk qələbəsidir. Daha əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə heç-heçə (1:1) edən "qırmızı-qaralar" İsveçrənin “Sürix” klubuna 0:1 hesabı ilə uduzub.