AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, “Canalys” analitik şirkətinin məlumatına görə, “iPhone X”ın məşhurluğu iki amilə əsaslanır: kreditdən asan istifadə və köhnə qurğuların mübadiləsi imkanı. Nəticədə köhnə “iPhone” sahibi öz qurğusunu şirkətə təqdim edərək əvəzində yeni smartfonu endirimli qiymətə əldə edə bilir.
Qeyd edək ki, “Apple” şirkəti “iPhone X”in istehsalını və satışını dayandırıb. Şirkət 2018-ci ilin yayında smartfonu satışa çıxarmayacaq. Bu yeni modelin hazırlanması ilə əlaqədardır.