Gəmi yoxa çıxdı - İçərisində azərbaycanlı da var

25 Yanvar 2018 09:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, içərisində 21 heyət üzvü olan gəmidə azərbaycanlı, Primorski bölgəsindən, Çelyabinskdən, Krasnoyarsk vilayətindən, Orenburq, Moldova və Sverdlovsk bölgəsindən olanlar var. Balıqçı gəmisi Cənubi Koreyadan Xolmsk limanına gəlib. Bu gün səhər saatlarında fövqəladə bir siqnal verib və onunla əlaqə kəsilib. Gəminin axtarışlarına xilasedicilərlə Be-200 təyyarəsi, iki vertolyot, axtarış-xilasetmə qrupları cəlb olunub. Axtarış nəticəsində iki xilasetmə jaketi aşkarlanıb.