AzNews.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Fövqəladə Hallar Nazirliyinin paytaxtdakı nümayəndəsi məlumat verib. "Sadovod" bazarının mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri aparılan ərazidə tikinti məhsullarının tullantıları yanıb. Yanğının sahəsi 250 kvadratmetrdir, artıq lokallaşdırılıb. Təcili yardımdan verilən məlumata görə, bir nəfər yaralanıb.
Evakuasiya aparılır, ərazidən 150-dən artıq adam çıxarılıb.
Havada zərərli maddələrin səviyyəsini ölçmək üçün mobil laboratoriya göndərilib.