Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

25 Yanvar 2018 13:47 (UTC+04:00)

Bu barədə özəl olaraq Trend-ə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.

Məlumata görə, səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək.

Qeyd edək ki, T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.

Xatırladaq ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.

AzNews.az