Bakıda bina yandı - 13 nəfər təxliyə olundu

25 Yanvar 2018 14:38 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılan elektrik sayğacı və 5 p.m kabel yanıb. Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​