İlhamə Quliyeva telekanalların təklifini qəbul etmədi

5 Mart 2013 08:56 (UTC+04:00)


Azərbaycanın xalq artisti İlhamə Quliyeva telekanalların çəkəcəyi Novruz bayramı konsertlərində iştirak etməyəcək.

Milli.az-ın əməkdaşı ilə telefon söhbətində sənətkar nə səbəbdən belə qərar verməsinə aydınlıq gətirdi:

"Bu il Azərbaycanın böyük sənətkarlarından biri, mərhum anam Tükəzban İsmayılovanın vəfatının 5-ci ildönümüdür. Martın 24-də düz beş il tamam olacaq ki, anamsız yaşayıram. Mənim göz yaşlarım, hələ ki, qurumayıb. Belə olan halda hansı şənlikdən söhbət gedə bilər? Təşəkkür edirəm bütün telekanallarımızda çalışan dostlarımıza, bayram şənliklərində çəkilmək üçün dəvət edirlər. Anamla bağlı hüznlü günlərimi yaşadığım üçün dəvətləri dəyərləndirmirəm".

AzNews.az