“Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal təşkil olunsa...” - Hikmət Hacıyev

25 Yanvar 2018 17:55 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırımı əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar: “Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər”.

AzNews.az