Gəncədə qadın özünü bıçaqlayıb

25 Yanvar 2018 20:42 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımova Türkan Sahib qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumat görə, qadın övladlarına əsəbiləşərək bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.