AzNews.az xəbər verir ki, Tərlan Əhmədovun komandası gün ərzində keçirdiyi hər iki sınaq matçında uduzub. Əvvəlcə Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşan paytaxt klubu 0:1 hesablı məğlubiyyətlə üzləşib.
"Neftçi" günün digər matçında - Bolqarıstan “Slaviya”sı ilə görüşdə də eyni hesabla uduzub.
Qeyd edək ki, “Neftçi” Antalya toplanışı çərçivəsində ilk yoxlama matçında “SKA-Xabarovsk”a (Rusiya) 1:8 hesabı ilə məğlub olub.