AzNews.az istinadən xəbər verir ki, bunu Trend-ə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.
İ.Kərimov bildirib ki, ərazidən köçürüləcək sakinlərə kirayə pulu veriləcək:
İ.Kərimov deyib ki, əgər mütəxəssislər ərazidə möhkəmləndirmə işləri aparılmaqla yaşayış üçün təhlükənin aradan qalxdığını müəyyən etsələr, onda sakinlər qeyri-qanuni inşa etdikləri evlərinə qayıda biləcəklər. Mütəxəssislər ərazidə yaşayışın mümkün olmadığını və köçürülmənin vacib olduğunu müəyyən etsələr, icra hakimiyyəti oradakı evləri sökərək sakinləri köçürəcək:
"Həmin ərazidə evlərin demək olar ki, 99 faizinin sənədi yoxdur. Orada yaşayanların 34-ü qaçqın ailəsidir".