Həmsədrlərin regiona səfərinin vaxtı məlum olub

25 Yanvar 2018 22:41 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşünün nəticələrinə müvafiq olaraq həmsədrlər fevral ayının birinci öngünlüyündə regiona səfər etməyi planlaşdırırlar.

İ. Popov regiona səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklərini də söyləyib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunacaq.