Cənubi Koreyada ölənlərin sayı 41-ə çatıb

26 Yanvar 2018 09:17 (UTC+04:00)

AzNews.az "Ria Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 79 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, 9 nəfər isə ağır vəziyyətdədir.

Yanğın xəstəxananın birinci mərtəbəsində başlayıb. Onu söndürmək təxminən 2 saat vaxt alıb. Beş mərtəbəli xəstəxanada 111 xəstə olub.

Ölkənin prezidenti Mun Çje İn təcili toplantı çağıraraq, bu faciələrin qarşısını almaq üçün tədbirlər görməyi tələb edib. Bu barədə Seulda keçirilən brifinqdə prezident Administrasiyasının nümayəndəsi Pak Su Xyun məlumat verib.