Korrupsiya ilə bağlı sualdan sonra robot özündən getdi

26 Yanvar 2018 09:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Yuxarı radanın deputatı Alena Şkrum məlumat verib. Onun sözlərinə görə, hadisə Davos şəhərindəki Dünya İqtisadi Forumunun Ukrayna evində baş verib.

"Dünyanın ən qabaqcıl robotu Sofiya "Ukraynadakı korrupsiya ilə nə etmək lazımdır" sualından sonra yerə yıxılıb və prosessoru dayanıb", - deyə millət vəkili "Facebook" səhifəsində yazıb.