Boks üzrə Azərbaycan çempionatına 39 komanda qatılacaq

26 Yanvar 2018 10:51 (UTC+04:00)

Azərbaycan Boks Federasiyasından AzNews.az-a bildiriblər ki, çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi idmançısı qatılacaq.

Qaliblərin adına isə yanvarın 30-da aydınlıq gələcək.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.