“Green Card” viza lotereyası ləğv olunur - Tramp tezləşdirdi

26 Yanvar 2018 11:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, plana əsasən, Ağ Ev, hər il onlarla ölkədən yüz minlərlə insana ABŞ-da yaşamaq hüququ qazanmağa imkan verən yaşıl kart lotereyalarının tətbiqini ləğv etmək niyyətindədir.

ABŞ Xarici İşlər Nazirliyinin məlumatına görə 2013-2015 illərdə Türkiyədən Yaşıl Kart üçün müraciət edənlərin sayı 200 mindən çox olub.

2017-ci ilin noyabr ayında Tramp etdiyi çıxışında "Green Card" lotereyasını bitirmənin vaxtının çatdığını demişdi: "Biz yanlış insanları ölkəmizdə istəmirik, ölkələrini istəməyən insanlar bizə göndərilir. Təxmin edin bu istənməyən insanları alan saf ölkə hansıdır?" demişdi.