Deputatımızın hazırladığı qətnamə AŞPA-da qəbul edildi

26 Yanvar 2018 16:26 (UTC+04:00)

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, qətnamədə Avropa İnsan Hüquqları Konvensiyası, digər beynəlxalq sənədlərdə işgəncə vermək, qeyri-insani, təhqiredici rəftar və cəzanın qadağan edildiyi bildirilir və üzv ölkələrə bu sənədlərə riayət etməyə dəvət edilirlər.

AŞPA üzv dövlətlərə işgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarətinin qanunsuz olduğunu və heç bir şərt altında qəbul edilmədiyini bildirir.

Qətnamə yekdilliklə qəbul edilib.

Qeyd edək ki, “İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı qətnamə layihəsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Vüsal Hüseynov tərəfindən hazırlanıb.

AzNews.az