“Məni Polşaya deportasiya edirlər” - Saakaşvili

26 Yanvar 2018 16:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Ria Novosti" agentliyi məlumat yayıb.

"Rəsmi olaraq bəyan edirəm: Ukraynanın Xarici İşlər Nazirliyindən dünən Polşa Xarici İşlər Nazirliyinə mənim deportasiyamla bağlı sorğu göndərilib. Mən qaçmaq istəyirəm, yoxsa siz istəyirsiniz mən qaçım?" - deyə Saakaşvili bu gün Kiyevdə keçirilən apellyasiya məhkəməsinin iclasında bildirib.

Ötən ilin payızında Ukrayna vətəndaşlığından məhrum olan Saakaşvili sərhədçilər və hüquq-mühafizə orqanlarının kordonları vasitəsilə Polşadan Ukraynaya keçib. Məhkəmə onu sərhədi qeyri-qanuni yolla keçməkdə ittiham edib və təxminən 130 dollar cərimə tətbiq edib.

Polşanın Kiyevdəki səfirliyi vəziyyətə bağlı şərh verməyib və geri dönmə ilə bağlı mövzunun onların səlahiyyətinə daxil olmadığını açıqlayıb.