15 yaşlı qızı qaçırdılar

26 Yanvar 2018 18:41 (UTC+04:00)

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsi məlumat yayıb.

15 yaşlı Əfşan Zeynalova yanvarın 23-də, saat 16:00 radələrində qaçırılıb. Şagirdin anası ərizə ilə 29-cu Polis Bölməsinə şikayət edib. Zərərçəkənin anası ərizədə qızını qaçıran şəxsin adının Emin olmasından başqa onun barədə heç nə bilmədiyini göstərib. Qadının sözlərinə görə, qızı evlənmək məqsədilə qaçırılıb.

Hal-hazırda Yasamal rayon Polis İdarəsinin əməkdaşları törətdiyi əməllə qanunvericiliyin tələblərini pozan gənci axtarır. Gəncin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə tövsif olunur.