Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər ölüb

27 Yanvar 2018 09:00 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə region üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yanvarın 27-ə keçən gecə İlyinsk qəsəbəsində qeydə alınıb.

Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az