"Publika" xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin verdiyi məlumata görə, hərəkatın 8-ci gününə qədər PKK/PYD terror təşkilatının 340 hədəfi vurulub, 394 terrorçu məhv edilib.
Terrorçularla baş verən qarşıdurmada Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri şəhid olub, 30 əsgər yaralanıb. Azad Suriya Ordusu isə 13 şəhid verib, 24 əsgər isə yaralanıb.
Qeyd edək ki, “Zeytun budağı” hərəkatı Suriyada təhlükəsizlik və sabitlyi qorumaq, İŞİD, PKK/PYD terror təşkilatlarının kökünü kəsmək məqsədilə təşkil edilib. Hərəkat 20 yanvar saat 18:00-dan etibarən başlanıb.
AzNews.az