Kabildə partlayış olub - 95 ölü, 158 yaralı + Yenilənib 2

27 Yanvar 2018 18:49 (UTC+04:00)

Trend-in məlumatına görə, partlayış diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib. Partlayışın gücündən bir neçə binada pəncərə şüşələri sınıb.

13:24

***

Əfqanıstanın paytaxtı Kabildə meydana gələn partlayış zamanı 40 nəfər ölüb, 140 nəfər isə yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə 1TV telekanalı yerli Səhiyyə Nazirliyinə istinadən məlumat verib. Partlayış, Əfqanıstanın paytaxtında xarici ölkələrin səfirlikləri və hökumət binalarının yerləşdiyi Xəzir-Əkbər-Xan ərazisində olub.

15:08

***

Əfqanıstanın paytaxtı Kabildə meydana gələn partlayış zamanı ölənlərin sayı 95 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə 1TV telekanalı yerli Səhiyyə Nazirliyinə istinadən məlumat verib. Partlayış zamanı həmçinin 158 nəfər yaralanıb.