AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhəri ərazisində baş verib.
Belə ki, şəhər sakini 2012-ci il təvəllüdlü Rəşad Rüstəm oğlu Vəlizadə yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Yaralı sürücü tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərəlib və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.