Bakıda intihara cəhdin qarşısı alınıb

27 Yanvar 2018 17:18 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər intihar etmək məqsədilə çoxmərtəbəli yaşayış binasının damına çıxıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən intihar cəhdinin qarşısı alınıb. Əməliyyat başa çatıb.