“Real”da iki ciddi itki

27 Yanvar 2018 17:51 (UTC+04:00)

AzNews.az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçuları Serxio Ramos və İsko zədələnib. Bu səbəbdən onların adı La Liqanın 21-ci turunda "Valensiya"ya qarşı oyun üçün iştirak ərizəsinə salınmayıb. Hər iki oyunçunun bərpa müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Valensiya" - "Real" görüşü bu gün keçiriləcək.