Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub

27 Yanvar 2018 18:39 (UTC+04:00)

Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.

AzNews.az