AzNews.az xəbər verir ki, Miloş Zeman Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda liderlik edir. Bu barədə respublika statistika şöbəsindən bildirilib. Seçki məntəqələrinin 95% -nin nəticələrinin sayılmasından sonra, Miloş Zeman 52,26% səs toplayıb və onun rəqibi, 47,8% səs toplayan Çexiya Elmlər Akademiyasının sabiq prezidenti İrji Dragoşu geridə qoyub. Zemana 2.64 milyon nəfər, Dragoşa isə 2.42 milyon insan səs verib. Prezidentin inaqurasiya mərasimi 8 Martda keçiriləcək.
19:11
***
Bu gün Çexiyada keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.
AzNews.az xəbər verir ki, seçki məntəqələrinin 99,8% -i hesablandıqdan sonra ikinci turda Zeman 51,45% səs toplayaraq, ( Ona 2,84 mln insan səs verib) qalib olub. Dragoş isə səslərin 48,54% -ni qazanıb, ona 2,68 milyon nəfər səs verib. Seçkilərdə təxminən 8,5 milyon qeydiyyatdan keçmiş seçicinin 66,58 faizi iştirak edib.