ABŞ müttəfiqini vurdu: 7 ölü, 11 yaralı

27 Yanvar 2018 19:37 (UTC+04:00)

AzNews.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, İraq mətbuatında yer alan məlumatlara görə, ABŞ-a məxsus hərbi vertolyotlar Enbar vilayətinə bağlı Bağdadi nahiyəsində İŞİD mənsublarına qarşı hava hücumu təşkil edib. Nəticədə aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Həmin bölgədə ABŞ qüvvələrinə aid "Eyn əl-əsəd" hərbi bazası yerləşir.