"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində, Su Kanal İdarəsinin qarşısında qeydə alınıb.
İdarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil yolun kənarındakı beton işıq dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vəziyyəti daha ağır olan təqribən 30-35 yaşlı sürücü Füzuli Saday oğlu İsgəndərov təcili xəstəxanaya çatdırılıb. Ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az