Hacıqabulda qəza - 3 yaralı

27 Yanvar 2018 22:12 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 20.30 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı kəndi ərazisindən keçən hissəsində minik avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər təcili yardım maşınları ilə Şirvan şəhər xəstəxanasına aparılıb.

Avtoqəzanın təfərrüatları və yaralıların adları dəqiqləşdirlir.

Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.

AzNews.az