Bakıda "Jaquar" yandı

27 Yanvar 2018 22:22 (UTC+04:00)

AzNews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda ümumi sahəsi 30 m2 olan qarajın içərisində "Jaquar" markalı minik avtomobilinin mühərriki və salonu yanıb. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.