Xarici İşlər Nazirliyinin binası satıldı

5 Mart 2013 13:18 (UTC+04:00)
Ermənistan Xarici İşlər Nazirliyinin binası bu gün İrəvanda keçirilən hərracda satılıb.

APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, binanı "Tanqo" Qapalı Səhmdar Cəmiyyəti 51 milyon 271 min dollara satın alıb. Ermənistan hökuməti ötən ilin oktyabrında binanın "Tanqo" QSC-yə birbaşa satışı barədə qərar qəbul etsə də, sonradan fikrini dəyişib və satışın hərrac yolu ilə keçirilməsinə qərar verib.

AzNews.az