Şabranda yanmış kişi meyiti tapılıb

28 Yanvar 2018 10:37 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, cəsəd Bakı-Quba yolunun kənarında aşkar edilib.

40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək olmayıb. Bu şəxsi tanıyanlardan xahiş olunur ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Şabran rayon Polis Şöbəsinə (02335) 3-23-05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.