Orxan Kərimovun məhkəməsi təxirə salındı

5 Mart 2013 13:31 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov, özünü "Orxan Kərimov" kimi təqdim edən Rafiq Hüseynov və qardaşı Ramiz Hüseynov, saxta bülletenlərin nəşr olunduğu iddia olunan "Zəngəzur" mətbəəsinin rəhbəri İbrahim İsgəndərovun işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Prosesin təxirə salınmasının səbəbi məhkəmədə son sözlə çıxış etməli olan İbrahim İsgəndərovun səhhətində yaranan problemlər olub. İ.İsgəndərov hakimdən vaxt istəyib.

Məhkəmə prosesi martın 12-si saat 16:30-dək təxirə salındığını elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı Ramazan Hadıyev Rafiq Hüseynova 12 il, Ramiz Hüseynova 9 il və İbrahim İsgəndərova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib. Orxan Kərimova isə səhhətinin ağırlığı nəzərə alınmaqla 7 il 5 ay 5 gün müddətinə azadlıqdan şərti olaraq məhrumetmə cəzası istənilib. Bu işdə adı çəkilən Rafiq Hüseynov 2, Ramiz Hüseynov isə 1 dəfə dələduzluq və saxta sənədlərin hazırlanması ittihamı ilə məhkum ediliblər.

AzNews.az