AzNews.az Qol.az-a istinadən xəbər verir ki, 43-cü dəqiqədə, hesab 7:0 polşalıların xeyrinə olarkən “Kəpəz”in futbolçusu Tərzin Cahangirovla rəqib oyunçu arasında əvvəlcə mübahisə, sonra isə əlbəyaxa dava olub. Sonra davaya komandaları digər futbolçuları da qoşulublar.
Nəticədə Gəncə klubu oyunu davam etdirməkdən imtina edib. Hakimlər isə bundan sonra oyunun dayandırdığını və vaxtından əvvəl başa çatdığını elan ediblər. Lakin sonradan "Kəpəz" fikrini dəyişib və matçı davam etdirmək qərarı verib. Bu səbəbdən tərəflər birinci hissə yekunlaşmadan fasiləyə gediblər. Oyun fasilədən sonra, ikinci hissədən bərpa olunacaq.