Sarkisyan erməniləri Suriya qaçqınları ilə əvəz edir

28 Yanvar 2018 19:30 (UTC+04:00)

AzNews.az Azvision-a istinadən xəbər verir ki, Ermənistanın rəsmi qurumlarının məlumatına əsasən, ötən il 40 mindən çox erməni ölkəni tərk edib. 2016-cı ildə isə 37 500 nəfər Ermənistandan köçüb.

Erməni ekspertlərin sözlərinə görə, ölkəni tərk edən vətəndaşların sayı rəsmi statistikada göstəriləndən qat-qat çoxdur. Sarkisyan hakimiyyəti rəqəmləri xalqdan gizlətməyə çalışır. Heç kimə sirr deyil ki, erməni gənclər artıq Sarkisyanın uçuruma yuvarladığı Ermənistanda yaşamaq istəmirlər. Fürsət düşdükcə onlar ölkədən çıxmağa çalışırlar.

Ermənistan rəhbərliyi ölkədəki boşluğu doldurmaq üçün Suriyada yaşayan ermənilərə "qucaq" açır. Erməni KİV-lərində yer alan məlumatlara görə, 2012-2017-ci illər ərzində 19500 Suriya ermənisinə vətəndaşlıq, 2 min nəfərə isə yaşamaq icazəsi verilib. Suriyaermənilərinin bir qismi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilib.